Qazaxıstan Daxili İşlər Nazirliyinin Milli Qvardiyası Alma-Ata vilayətinin Talqar şəhərində 16 yaşlı yeniyetmənin səs-küylü qətlindən sonra ictimai asayişin qorunmasına cəlb edilib.
AzerTimes xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.
“Alma-Ata vilayətinin Talqar şəhərində Qazaxıstan Daxili İşlər Nazirliyinin Milli Qvardiyasının hərbi hissəsinin şəxsi heyəti ictimai asayişin qorunması üçün patrul xidməti vəzifəsinə cəlb olunub”, – deyə bildirilib.
Qeyd edək ki, bundan əvvəl Almatıdan 25 km şərqdə yerləşən Talqarda 16 yaşlı yeniyetmə atasının gözü qarşısında öldürülüb. Region polisi faktla bağlı cinayət işi açıldığını və hadisənin bütün iştirakçılarının saxlanıldığını bildirib. Bundan sonra naməlum şəxslər qətlə yetirilən yeniyetmənin ailəsinin yaşadığı evi yandırıb, nəticədə ev tamamilə yanıb.
Hadisə respublikada geniş ictimai rezonansa səbəb olub.