Qazaxıstan hakimiyyəti vətəndaşların hüquqlarını və əcnəbilərin, o cümlədən diplomatik korpusun və jurnalistlərin təhlükəsizliyini təmin etməyə davam edəcək.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Dövlət bundan sonra da polietnik və çoxkonfessiyalı xalqımızın bütün nümayəndələrinin hüquq və mənafelərini, ölkədəki xarici vətəndaşların, o cümlədən diplomatik korpusun və jurnalistlərin təhlükəsizliyini təmin edəcək. Xarici investisiyalar və xarici şirkətlərin biznesi qorunacaq”, – bəyanatda deyilir.
Qeyd olunur ki, respublika insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə sadiq qalmağa və Prezident Kasım-Jomart Tokayev tərəfindən həyata keçirilən “Eşidən Dövlət” konsepsiyası çərçivəsində islahatlar kursunu davam etdirməyə sadiqdir.