Qazaxıstan və İran prezidentləri iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək, o cümlədən birgə ticarət palatasının yaradılması barədə razılığa gəliblər.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüş zamanı tərəflər Qazaxıstan-İran münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini ətraflı müzakirə ediblər. Nəqliyyat və logistika, sənaye və kənd təsərrüfatı sahələrində ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, mədəni-humanitar əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib.