Xəbər - Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev – Trend:
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlıq məsələsini nəzərdən keçirir.
Bunu AzerTimes-a Qazaxıstan Xarici İşlər Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, hazırda Qazaxıstan şirkətlərinin iştirak edə biləcəyi infrastruktur layihələri ilə bağlı danışıqlar aparılır.
Nazirlikdən, həmçinin bildiriblər ki, ölkə prezidentləri arasında ötən ilin dekabrında baş tutmuş telefon danışığı zamanı Qazaxıstanın tikinti şirkətləri Azərbaycan tərəfindən Qarabağda mülki infrastrukturun bərpasında iştirak etmək üçün dəvət olunmuşdular.