Qazaxıstan ukraynalı milyonçunu axtarışa verdi

Qazaxıstan ukraynalı milyonçunu axtarışa verdi

Qazaxıstan ukraynalı milyonçu Vadim Maşurovu axtarışa verib.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Vadim Maşurovun rəhbəri olduğu “Sinre System Group” (S-Group) şirkətinə qarşı Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi 2023-cü ilin iyulunda istintaq başladılması təşəbbüsü ilə çıxış edib. Bildirilib ki, şirkətin nümayəndələri maliyyə piramidası yaratmaqda və idarə etməkdə şübhəli bilinirlər.

Maşurova qarşı axtarış işi isə 2023-cü ilin dekabrın 28-də Almatıda qeydə alınıb.

Teqlər: