Qazaxıstan Xarici İşlər Nazirliyi hələlik ölkənin İsveçrədə Ukrayna sammitində mümkün iştirakı ilə bağlı məlumat açıqlaya bilmir.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə deyib.
“Qazaxıstanın İsveçrədə Ukrayna ilə bağlı iclasda iştirakı ilə əlaqədar hələlik məlumat yoxdur”, – o bildirib.
Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukraynada hərbi əməliyyatlara son qoyulması üzrə sammit keçiriləcək. Sammitə 160 ölkədən və beynəlxalq birliklərdən nümayəndə heyətləri dəvət olunub.