İkitərəfli investisiya, innovasiya və texnoloji əməkdaşlığın möhkəmləndirilməsi işləri çərçivəsində Qazaxıstanın Bakıdakı Səfirliyində Qazaxıstanın “Smart City Azerbaijan» rəqəmsal şirkəti, Azərbaycanın “Caspian Service” tikinti şirkəti və “Caspian Energy Club” regional biznes təşkilatı arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
AzerTimes-ın məlumatına görə, sənədlə, Qazaxıstan və Azərbaycan ərazisində reallaşdırılan “ağıllı şəhər” (“smart city”) və “ağıllı kənd” (“smart village”) konsepsiyası çərçivəsində layihələrin həyata keçirilməsi zamanı tərəflərin birgə qarşılıqlı əməkdaşlıq və birgə iştirak nəzərdə tutulub.
Tərəflər, həmçinin rəqəmsallaşmanın prioritet istiqamətləri üzrə texnoloji və tikinti trendləri haqqında bir-birini məlumatlandırılmasına, şəhər təsərüfatının idarə edilməsinin, əhalinin yaşayış səviyyəsini və keyfiyyətinin artırılmasına yönələn “ağıllı” yaşayış məntəqələrin layihələndirilməsi, tikintisi və fəaliyyət göstərilməsi zamanı yeni rəqəmsal həllərin tətbiq edilməsi zamanı qarşılıqlı yardım göstərilməsinə razılaşıblar.
Sazişə “Smart City Azerbaijan” Baş Direktoru Kuanış Kalijanov, “Caspian Service” Direktorlar Şurasının Sədri Rəhim Sultanov və “Caspian Energy Club” İdarə Heyətinin Sədri Telman Əliyev imza qoydular.