Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı

Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı

Qazaxıstan Rusiya təbliğatçısı Tiqran Keosayanın adını terrorçularla eyni siyahıya daxil edib.

AzerTimes xəbər verir ki, bu haqda Qazaxıstanın “KazTAG” informasiya agentliyi məlumat yayıb.

Belə ki, Keosayan ölkənin “arzuolunmaz” şəxslər siyahısına salınıb. Həmin siyahıda terrorçuların da adları var.

Qeyd edək ki, Keosayan televiziya proqramlarının birində açıq şəkildə Qazaxıstana qarşı təhdidlər və təhqiramiz ifadələr səsləndirib. Keosayan RT telekanalının və “Raşn Tudey” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın həyat yoldaşıdır.

Teqlər: