Qazaxıstanın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
AzerTimes-ın məlumatına görə, başsağlığında deyilir: “Azərbaycan xalqının hüznünü və ağrısını bölüşür, bu cinayətin qurbanlarının əziz xatirəsini yad edir.
Dünya ictimaiyyətinin Xocalı faciəsi kimi hadisələrin gələcəkdə bir daha baş verməməsi üçün bütün səylərinin əsirgənməməsinin vacib olduğunu hesab edirik”.