Qazaxıstan səfiri helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə səfir Qazaxıstan Respublikasının Birinci Prezidenti Gününün qeyd edilməsi ilə bağlı keçirilən tədbirdə danışıb.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Teqlər: