Qazaxıstan hərbi texnikasının Rusiyaya göndərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
“Sosial şəbəkələrdə Qazaxıstan hərbi texnikasının guya Rusiyaya göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Həmin videodakı texnika planlı döyüş hazırlığı təlimlərinə göndərilir. Xatırladırıq ki, 2022-ci il avqustun 27-dən Qazaxıstanda silah və hərbi texnikanın ixracına qadağa qoyulub”, – deyə bildirilib.