Qazaxıstan Rusiyaya hərbi texnika göndərir?

Qazaxıstan Rusiyaya hərbi texnika göndərir?

Hərbi texnikaların Rusiyaya daşınması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər həqiqətə uyğun deyil.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Guya Qazaxıstan hərbi texnikasının Rusiyaya göndərilməsi ilə bağlı deyilənlər reallığa uyğun gəlmir.

Bu hərbi texnikanın Qazaxıstana aidiyyatı yoxdur, üçüncü ölkənin mülkiyyətidir və beynəlxalq müqavilələr çərçivəsində ölkəmizin ərazisindən keçməklə Rusiyaya planlı təmirə göndərilib”,- məlumatda deyilir.

Qeyd olunub ki, 2022-ci il avqustun 27-dən Qazaxıstanda silah və hərbi texnikanın ixracına qadağa qoyulub və hələ də qüvvədədir.

Teqlər: