Qazaxıstan-Qırğızıstan sərhədində 5,7 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi məlumat yayıb.
Yerli vaxtla 09:12-də (Bakı vaxtı ilə 08:12-də) qeydə alınan zəlzələnin episentri Almatı şəhərindən 194 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.