Qazaxıstan parlamenti Məclisi deputatı Dariqa Nazarbayevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

Qazaxıstan parlamentinin Məclisi (aşağı palatası) plenar iclasda
ölkənin eks-prezidentinin qızı Dariqa Nazarbayevanın deputat
səlahiyyətlərinə xitam verilməsi haqqında qərarı təsdiqləyib.

Trend Kazinforma agentliyinə istinadən xəbər verir ki, bu gün
keçirilən iclasda 101 deputatdan 99-u səsverməyə çıxarılan sənədin
lehinə səs verib.

Fevralın 25-də respublikanın Mərkəzi Seçki Komissiyası
Nazarbayevanın müraciəti əsasında onun səlahiyyətlərinə vaxtından
əvvəl xitam verilməsi ilə bağlı təklifi Məclisə təqdim etmək
qərarına gəlib.

Teqlər: