Qazaxıstan Parlament Məclisi sədrinin müavini ölkəmizə səfərə gəlib

Mayın 15-də Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin
müavini Balaim Kesebayevanın başçılıq etdiyi parlament nümayəndə
heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının
Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə
gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzerTimes-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında
Qazaxıstan parlament nümayəndə heyətini Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili,
Milli Məclisin deputatı Könül Nurullayeva, Qazaxıstanın
Azərbaycandakı səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər
qarşılayıblar.

Səfər mayın 19-da başa çatacaq.

Teqlər: