Qazaxıstan neftinin ilk partiyasının Rumıniyanın zavoduna tankerlə çatdırılması üçün Türkiyənin Ceyhan limanından daşınmasına başlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Kazmunaqaz” milli neft-qaz şirkətinin mətbuat xidməti məlumat yayıb.
Ceyhan limanından 80 min ton neftin “Kazmortransflot” şirkətinə məxsus Qazaxıstanın “Alatau” tankeri tərəfindən götürüləcəyi dəqiqləşib. Gəmi Rumıniyanın Konstansa limanı istiqamətində hərəkət edəcək və oradan Petromidiya neft emalı zavoduna çatdırılacaq.