Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir

Xəbər - Fidan Babayeva – Trend:

Bu gün Türk Şurasının himayəsi altında siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə fəal əməkdaşlıq həyata keçirilir.

AzerTimes-ın məlumatına görə, bunu Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında deyib.

Onun sözlərinə görə, türkdilli ölkələrin əməkdaşlığının möhkəmlənməsinə yönəlmiş səylər Qazaxıstanın informasiya siyasətinin inkişafının prioritet addımlarıdır:

“Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir. Hər il televiziya sahəsində, o cümlədə serial və sənədli film mübadiləsi aparılır ki, bu da ümumi türk mədəniyyətinin və tarixinin populyarlaşmasına yönəlib”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: