Qazaxıstan MDB sazişindən çıxdı

Qazaxıstan MDB sazişindən çıxdı

Qazaxıstan Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Valyuta Komitəsi haqqında 1995-ci il sazişindən çıxır.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev fərman verib.

“Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında Minsk şəhərində 2013-cü il oktyabrın 25-də bağlanmış 1995-ci il 26 may tarixli sazişin qüvvəsinə xitam verilməsi haqqında protokol təsdiq edilsin”, – sənəddə deyilir.

Qeyd edək ki, sənəd artıq qüvvəyə minib.

Teqlər: