Qazaxıstan koronavirusun yayılmasına görə “yaşıl” zonaya daxil olub

Qazaxıstan, bölgələrində 7 iyun 2021-ci il üçün epidemioloji vəziyyətin qiymətləndirilməsinə əsasən, koronavirusun yayılmasına görə “yaşıl” zonaya daxil oldu.

AzerTimes-ın məlumatına görə, Nur-Sultan şəhəri və Karaqanda vilayəti “qırmızı” zonadadır.

“Sarı” zonada Almatı şəhəri, Atırau, Akmola, Qərbi Qazaxıstan və Pavlodar vilayətləridir.


“Yaşıl” zonada Şımkent şəhəri, Almatı, Aktobe, Şərqi Qazaxıstan, Jambıl, Kostanay, Qızılorda, Manqistau, Türküstan vilayətləri və Şimali Qazaxıstan vilayətidir.