Qazaxıstan incə siyasət yürüdür: Dövlət dili genişlənir

Qazaxıstan incə siyasət yürüdür: Dövlət dili genişlənir

Respublikada dil sahəsində təxribatlara əl atmağa çalışan və bu məsələni gərginləşdirmək və siyasiləşdirmək istəyən qüvvələr var.

AzerTimes xəbər verir ki, bu sözləri Qazaxıstan Prezident Administrasiyasının rəhbəri Aybek Dadebayev deyib.

Administrasiya rəhbərinin sözlərinə görə, Qazaxıstanda dilinə görə kiməsə ayrı-seçkilik, təqib və ya hər hansı təzyiqə yol verilmir.

O, Qazaxıstanda dövlət dili – qazax dilinə və onun istifadə dairəsinin genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb.

“Çox incə siyasət aparılır. Onun düsturu çoxdilli cəmiyyəti olan, lakin vahid dövlət dili olan ölkədir. Lakin bu siyasətin ən mühüm komponenti dil tolerantlığıdır”.

Teqlər: