Qazaxıstan idmançıları balans hərəkətləri proqramında qızıl medal qazanıblar

Qazaxıstan idmançıları Vadim Şulyar və Daniel Dil Bakıda
keçirilən Akrobatika Gimnastikası üzrə 28-ci Dünya Çempionatında
28,530 xalla qızıl medal qazanıblar.

AzerTimes-ın məlumatına görə, gimnastlar tarazlıq hərəkətləri
proqramı üzrə birinci yerə layiq görülüblər.

Gümüş medalı Portuqaliyadan olan kişi dueti – Fabiyo Beko və
Bruno Ramalyo (28,020 xal), bürünc medalı isə ABŞ-ı təmsil edən
kişi cütlüyü – Brayden Makduqal və Encel Feliks (27,900 xal)
qazanıb.

Azərbaycan gimnastları Daniel Abbasov və Murad Rəfiyev 25,120
xal toplayaraq altıncı yeri tutublar.

Xatırladaq ki, bundan əvvəl Daniel Abbasov və Murad Rəfiyev
kombinə edilmiş və templi hərəkətlərdə iki bürünc medal
qazanıblar.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi
qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş
hərəkətləri təqdim edirlər.

Teqlər: