Qazaxıstan hökuməti hərbi məhsulların ixracını bir il müddətinə dayandıracaq.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazir Əlixan Smailov məlumat yayıb.
“Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin silah, hərbi texnika və hərbi təyinatlı məhsulların ixracının 2023-cü ilin avqust ayının sonunadək dayandırılması təklifinə baxılıb. Bu təklif komitə üzvləri tərəfindən dəstəklənib”, – Smailov bildirib.