Qazaxıstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri təyin edilib

Qazaxıstan Respublikası Prezidentinin fərmanı ilə Saken İsabekov Qazaxıstan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, Qazaxıstan dövlət başçısının digər sərəncamı ilə İsabekov Saken Sainoviç Qazaxıstan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavini – Qazaxıstan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Teqlər: