Qazaxıstan dövlət dilində yayımları artırır

Qazaxıstan dövlət dilində yayımları artırır

Qazaxıstan Senatının (Yuxarı Palata) deputatları 2027-ci ilə qədər dövlət (qazax) dilində televiziya və radio proqramlarının həcminin 50%-dən 60%-ə çatdırılmasını nəzərdə tutan “Kütləvi informasiya vasitələri haqqında” qanunu təsdiqləyiblər.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan parlamentindən məlumat verilib.

Qanuna əsasən, Qazaxıstan televiziya kanalları və radiolarının həftəlik yayım həcmində xarici proqramların təkrar yayımının həcminin 20%-dən 10%-ə qədər azaldılması nəzərdə tutulur.

Qazaxıstan prezidenti təsdiqləyəndən sonra qanun qüvvəyə minəcək.

Teqlər: