Biz Qazaxıstanın rəsmi nümayəndələrinin diqqətini internetdə yayılan mesajlara cəlb etdik. Bizi əmin etdilər ki, bəzi KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil və respublikanın hakimiyyət orqanlarının bununla heç bir əlaqəsi yoxdur.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ukraynanın Buça şəhərində Qazaxıstan Xarici İşlər Nazirliyinin iştirakı ilə aksiya keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, Rusiya tərəfinin yaxın tərəfdaşlara etibar etməmək üçün heç bir səbəbi yoxdur.