Qazaxıstanın Energetika, Daxili İşlər, Maliyyə nazirlikləri və Milli Təhlükəsizlik Komitəsi 6 ay müddətinə neft məhsullarının avtomobil nəqliyyatı ilə ixracına qadağa qoyan birgə əmr imzalayıb.
AzerTimes xəbər verir ki, sənəd bu gün rəsmi saytda dərc edilib.
“Qazaxıstan Respublikasının ərazisindən avtomobil yolu ilə benzinin, dizel yanacağının və bəzi növ neft məhsullarının ixracına altı ay müddətində qadağa qoyulsun”, – sənəddə deyilir.
Sərəncam iyulun 12-dən qüvvəyə minəcək.