Qazaxıstan BTQ üzrə yüklərin göndərilməsinə dair razılaşmalar üzərində işləyir

Xəbər - Nərgiz Sadıxova – Trend:

Qazaxıstan Aktau/Kurık-Bakı-Tbilisi-Qars marşrutu üzrə yüklərin
göndərilməsi üzrə tərəfdaşlarla sazişlər üzərində işləyir.

AzerTimes-ın məlumatına görə, bu barədə Qazaxıstanın baş naziri
Əlixan Smailovun sədrliyi ilə anti-böhran tədbirləri üzrə Operativ
Qərargahın iclası zamanı deyilib.

İclasda Qazaxıstan yüklərinin daşınması ilə bağlı logistik
məsələlərə baxılıb. O cümlədən, Qazaxıstanın sənaye və
infrastruktur inkişafı naziri Kairbek Uskenbayev xarici
tərəfdaşlarla aparılan danışıqlar və əldə olunmuş razılaşmalar
barədə məlumat verib.


“Tranzit və logistika potensialının inkişafı baxımından hazırda
Aktau/Kurık-Bakı-Tbilisi-Qars marşrutu üzrə yükdaşıma istiqamətində
tərəfdaşlarla müqavilələr hazırlanır. Tarif məsələləri də öz
həllini tapır”, – nazir deyib

Teqlər: