Qazaxıstanın Abay vilayətinin inzibati mərkəzi olan Semey şəhərində Rusiyanın “Bi-2” qrupunun iyunun 21-nə planlaşdırılan konserti baş tutmayacaq.
AzerTimes xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Meşə yanğınları zamanı baş vermiş faciəvi hadisələrlə əlaqədar, eləcə də rayon ictimaiyyətinin çoxsaylı müraciətləri əsasında Rusiyanın “Bi-2” musiqi qrupunun iyunun 21-də keçirilməsi nəzərdə tutulan konserti ləğv edilir”, – o bildirib.
Qeyd edək ki, dünən rusiyalı müğənni Qriqori Lepsin Qazaxıstanın Konayev şəhərində verəcəyi konsert ləğv edilmişdi.