Qazaxıstan Bakı-Tiflis-Ceyhanla neft tədarükünü artırır

Qazaxıstan Bakı-Tiflis-Ceyhanla neft tədarükünü artırır

Qazaxıstan Bakı-Tiflis-Ceyhan neft kəməri ilə ildə 1,5 milyon ton neft göndərməyi planlaşdırır. 2023-cü il yanvarın 1-dən tədarüklərə başlanılacaq.

AzerTimes xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov deyib.

“Bizim gələn il yanvarın 1-dən Bakı-Tiflis-Ceyhan vasitəsilə 1,5 milyon ton neft göndərmək barədə razılaşmamız var”, – baş nazir bildirib.

Onun sözlərinə görə, gələcəkdə respublikanın səlahiyyətli orqanları bu istiqamətdə tədarük imkanlarını dörd dəfədən çox artırmaq niyyətindədirlər:

“Yaxın gələcəkdə təqribən 6-6,5 milyon ton neftin nəqli planlaşdırılır”.

Teqlər: