Qazaxıstan Azərbaycanla miqrasiya üzrə qanunu ratifikasiya edib

Xəbər - Nərgiz Sadıxova – Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq barədə sazişin ratifikasiyası haqqında” qanunu imzalayıb.

Trend bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd edək ki, bir müddət əvvəl qanun layihəsi Qazaxıstan Senatı tərəfindən qəbul edilmişdi.

Bu qanun sayəsində ölkələr elektron məlumat mübadiləsi imkanına sahib olacaq. Saziş 2019-cu il oktyabrın 14-də Bakıda Qazaxıstan və Azərbaycan daxili işlər nazirləri tərəfindən imzalanıb. Qanunla miqrasiya prosesləri və vətəndaşlıq məsələlərinin tənzimlənməsi, eləcə də qanunsuz miqrasiya kanallarının müəyyən olunması üzrə məlumat mübadiləsinin reallaşdırılması üçün əlverişli mühit yaranacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: