Xəbər - Sədrəddin Ağcayev – Trend:
Qazaxıstanın Sənaye və İnfrastruktur Nazirliyi Azərbaycanla aviaəlaqənin bərpa olunması məsələsi ilə bağlı danışıqları davam etdirəcək.
Bu barədə Trend-ə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, aviauçuşların bərpası məsələsi qurumlararası komissiyanın qərarından asılıdır: “Qazaxıstanın səlahiyyətli qurumunun qərarına əsasən, hazırkı mərhələdə mövcud epidemioloji vəziyyətlə əlaqədar birbaşa aviaəlaqənin bərpası üçün erkəndir”
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)