Qazax rayonunun Qarapapaq kəndində sel suları üçün nəzərdə
tutulan kanal bərpa edilib.
Bunu AzerTimes-a kənd icra nümayəndəliyindən bildiriblər.
İcra nümayəndəliyindən qeyd olunub ki, hazırda həyətyanı
sahələrə axan suyun qarşısı alınıb:
“Ağstafaçay Su Qovşağı İdarəsi və Ağstafa İcra Hakimiyyəti
tərkibindəki fövqəladə hallar komissiyası yaranan vəziyyətlə bağlı
tədbirlər görüb. Baş verən qəza aradan qaldırılıb. Kənd sakinlərinə
heç bir ziyan dəyməyib”.
Xatırladaq ki, dünən Qazax rayonunun Qarapapaq kəndində sel
suları üçün nəzərdə tutulan kanalın sıradan çıxması nəticəsində
kənddə bir neçə evin həyətyanı sahəsini su basıb.