Qazaxın 4 yox, 6 kəndi qaytarılıb – Baqratyan

Qazaxın 4 yox, 6 kəndi qaytarılıb – Baqratyan

İrəvanda revanşistlərin keşiş Baqratın rəhbərliyi altında delimitasiyaya qarşı keçirdiyi aksiyaya gələn Ermənistanın sabiq baş naziri Qrant Baqratyan sensasion iddia ilə çıxış edib.

AzerTimes xəbər verir ki, o, Tavuş vilayətində Azərbaycana 4 deyil, 6 kəndin qaytarıldığını erməni mediasına açıqlamasında deyib.

Baqratyan heç bir sübut gətirməyib, qaytarılan kəndlərin də adını çəkməyib. Yalnız onu deyib ki, hətta “mübarizə” uğurlu olsa belə (Paşinyanın istefasına nail olmaq – red.), orada nəyisə dəyişmək çətin olacaq, çünki artıq yerdə proses tamamlanıb.

O, həmçinin anklavlar məsələsinin qaldığını da açıqlayıb:

“Quql-Məpsə (Google Maps) yeni anklav əlavə olunur”.

Qeyd edək ki, delimitasiya prosesi çərçivəsində Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4 kəndi geri qaytarılıb.

Teqlər: