Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı deyil.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan delimitasiya prosesinə Tavuş vilayətindən və 4 kənddən başlamağa hazırdır:
“Delimitasiya və demarkasiya təhlükəsizliyi təmin etməyəcək. Lakin bu proses olmasa, təhlükəsizlik təhdidləri getdikcə artacaq”.