Qazaxda laporoskopik əməliyyat icra olundu – İlk dəfə

Qazaxda laporoskopik əməliyyat icra olundu – İlk dəfə

TƏBİB region xəstəxanalarında vətəndaşlara göstərilən tibbi xidmətlərin sayının və keyfiyyətinin artırılması, o cümlədən bu günədək yalnız paytaxtda icra olunan cərrahi əməliyyatların bölgə xəstəxanalarında da icra olunması istiqamətində yenilikləri davam etdirir.

AzerTimes xəbər verir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə həyata keçirilən laporoskopik əməliyyat uğurla başa çatıb.

Cərrahi əməliyyat xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Bünyamin Abbasəliyev tərəfindən icra olunub. 41 yaşlı pasiyent üzərində həyata keçirilən laporoskopik xolesistektomiya (qapalı üsulla öd kisəsinin xaric edilməsi) əməliyyatından sonrası pasiyent dinamik nəzarət məqsədilə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, sözügedən əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.

Teqlər: