Qazax rayonunda kütləvi dava olub.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Abdula Abdulayev bıçaqlanma diaqnozu, 1969-cu il təvəllüdlü Məmməd Qocayev, onun oğlu 2004-cü il təvəllüdlü Muxtarxan Qocayev və İlqar Abdulayev müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.