Kür çayının Qazax rayon ərazisindən keçən hissəsində çayın məcrasından çıxması Aşağı Salahlı və Orta Salahlı kəndlərində əkin sahələrində fəsadlar törədib.
AzerTimes xəbər verir ki, son günlərdə yağan aramsız yağış Kür çayında sululuğu artırıb, Qazaxda çaysahili ərazilərdə bir sıra fəsadlar yaranıb.
Təsərrüfata ciddi ziyan dəyib.
Qeyd edək ki, hazırda Kürdə suyun səviyyəsi normallaşıb, sakinlərə dəymiş ziyan hesablanır.