Qazaxda iki çay daşdı, ərazini su basdı

Qazaxda iki çay daşdı, ərazini su basdı

Qazaxda güclü yağışlardan sonra çaylar daşıb.

AzerTimes Report-a istinadla xəbər verir ki, güclü yağışlar Ağstafaçay çayının daşmasına səbəb olub.

Çayda suyun səviyyəsinin qalxması nəticəsində Qazaxın mal bazarı adlanan ərazini su basıb.

Həmçinin Gürcüstan ərazisində də yağan leysan yağışlar nəticəsində Xramçay da daşıb, İkinci Şıxlı kəndində meşəlik ərazini su basıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları və texnikalar əraziyə cəlb olunub, yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Teqlər: