Qazaxda 18 tələbənin zəhərləndiyi bildirilib.
AzerTimes Report-a istinadla xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının 18 tələbəsinin bufetdə dönər yeyərək zəhərləndiyi qeyd olunub,
Zəhərləndiyi bildirilən tələbələr bunlardır:
Sabirabad rayon sakini Ö.Rüstəmov (2003-cü il), Tovuz rayon sakinləri F.Rzayeva (2007) və İ.Niyazova ( 2001), Gəncə şəhər sakini F.Süleymanova (2007), Yevlax rayon sakini F.Nəsibova (2005) Ağstafa rayon sakinləri 2000-ci il təv. Ş.Məmmədovaya, 2005-ci il təv. N.Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təv. C.İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təv. S.Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təv. N.Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təv. R.Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təv. M.Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təv. N.Məlikova, Qazax şəhər sakini 2006-cı il təv. R.Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təv. G.Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təv. M.Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təv. O.Cəfərova və 2005-ci il təv. A.İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Faktla bağlı araşdırma aparılır.