Qazax sakinlərindən “patı” götürülüb (FOTO)

Qazax rayon Polis Şöbəsinin (RPŞ) və Daxili İşlər Nazirliyinin
(DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının birgə
keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində
şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində
şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xİdmətinin Gəncə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində
rayon sakini Vüsal Mahmudov saxlanılıb. Onun üzərinə baxış
keçirilən zaman 460 qram çəkidə narkotik vasitə olan marixuana
aşkar edilərək götürülüb.

Bundan başqa rayon sakinləri Rövşən İbrahimov, Ceyhun
Abdullayev, Emil Həsənov, Ruslan Alırzayev, Zeynal Zeynalov və Azər
Əzizov saxlanılan zaman onlardan qanunsuz yolla əldə edib
saxladıqları, müxtəlif bükümlərdə və çəkilərdə “heroin”,
“metamfetamin” və digər narkotik vasitələr aşkar olunaraq
götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış
tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə
kolları da aşkar edilərək götürülüb. Beləki, qanunsuz olaraq
narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakinləri
İbrahimov Aydınov və Ayaz Osmanovun yaşadığı evə baxış keçirilib.
Baxış zamanı İ. Aydınova məxsus həyətyanı sahədən 9, A. Osmanova
məxsus fərdiyaşayış evindən isə 63 ədəd xüsusi aqrotexniki qaydada
qulluq edilmiş narkotik xassəli çətənə – Kannabis bitkiləri
aşkarlanaraq götürülüb.

Həmin şəxlər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib,
faktlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam
etdirilir.

Teqlər: