Qazaxda ər arvadını tüfənglə güllələdi.
Hadisə avqustun 4-ü gecə saatlarında rayonun Qaymaqlı kəndində baş verib. Kənd sakini, 1971-ci il təvəllüdlü Osmanlı Ayaz Kərəm oğlu ov tüfəngindən atəş açaraq arvadı, 1973-cü il təvəllüdlü Osmanlı Maral Baba qızını vurub.
Hadisə nəticəsində Osmanlı Maral vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.