Qazax deputat Rusiyanı dəstəklədi, partiyadan qovuldu

Qazax deputat Rusiyanı dəstəklədi, partiyadan qovuldu

Qazaxıstanın “Ak Yol” (İşıqlı Yol) partiyası Rusiyanın Ukraynadakı hərəkətlərinə ictimai dəstək verdiyinə görə partiyanın sədr müavini, parlamentin (aşağı palata) deputatı Əzəmət Abildayevi partiyadan xaric etmək qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Əbildayev mediaya müsahibəsində Rusiya rəhbərliyinin Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi ilə bağlı hərəkətlərini dəstəkləyib və Ukrayna rejimini nasist adlandırıb.

“Əbildayevin sözləri “Ak Yol” partiyasının mövqeyi ilə ziddiyyət təşkil edir, həm partiya, həm də parlament etikasını pozur. “Ak Yol” partiyası respublikamızın və digər dost dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə həmişə hörmətlə yanaşacaq və dəstəkləyəcək”, – məlumatda qeyd olunub.

Teqlər: