Qazaryan da Moskvanı gəzib, Xankəndiyə qayıtdı

Qazaryan da Moskvanı gəzib, Xankəndiyə qayıtdı

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşdirilən rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyətlərini davam etdirməyə çalışan erməni separatçılarının “xarici işlər naziri” Sergey Qazaryan Xankəndidən İrəvana, oradan da Moskvaya gedib.

AzerTimes bu barədə erməni separatçıları “rəsmən” elan ediblər.

Bildirilib ki, Qazaryan 12-16 fevral tarixlərində Moskvada “səfərdə” olub. O, erməni icması və ekspertlərlə görüşüb və yenidən Xankəndiyə qayıdıb.

Qeyd edək ki, bir müddət öncə separatçıların “dövlət naziri” olduğunu iddia edən Ruben Vardanyan da Moskvaya getmiş və sonra yenidən Xankəndiyə qayıtmışdı.

Ermənilərin Rubenyanın ardınca Qazaryanın da Xankəndidən çıxıb, “səfərə gedib”, yenidən qayıtmasını elan etməsi əslində Laçın yolunun açıq olmasının etirafıdır.

Laçın yolundakı aksiya yalnız Azərbaycanın yeraltı sərvətlərinin daşınması, o cümlədən Ermənistandan Xankəndiyə silah-sursat, mina və muzdlu daşınması, həmçinin 3-cü ölkə vətəndaşlarının girişi üçün maneədir.

Teqlər: