Qazaxıstanın “Qazaq Air” aviaşirkəti sığorta təminatı olmadığı
üçün Rusiyaya uçuşları dayandırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat
xidmətindən bildiriblər.
“Qazaq Air” sığorta təşkilatından Rusiya ərazisində və onun hava
məkanında sığorta təminatının verilməməsi barədə bildiriş alıb. Bu
vəziyyətlə əlaqədar olaraq aviaşirkət Rusiya ərazisində sığorta
təminatı məsələsi həll olunana qədər Rusiyaya uçuşlar həyata keçirə
bilmir”, – deyə aviaşirkətdən bildirilib.