Qazanbulağın içməli su problemi həll olunur (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına
uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə əhalinin
içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin
icrasını davam etdirir. Goranboy rayonunun Qazanbulaq qəsəbəsində
içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə yeni
layihə həyata keçirilir.

Bu barədə ASC-dən AzerTimes-a bildirilib.

Goranboy rayonunun Qazanbulaq qəsəbəsində mərkəzləşdirilmiş
içməli su təchizatı sistemi mövcud olmayıb. Qəsəbədə əhali
tərəfindən çəkilmiş tikinti normalarına uyğun olmayaraq çəkilmiş
xətlər normal su təchizatı aparmağa imkan vermir, su itkilərinə
səbəb olurdu.


Qəsəbədə mərkəzləşdirilmiş su təchizatı sisteminin yharadılması
məqsədilə yeni layihə hazırlanıb və icrasına başlanıb. “Azərsu”
ASC-nin daxili imkanları hesabına icra olunan layihə çərçivəsində 7
km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılacaq,
196 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq. Bununla da
su itkilərinin qarşısı alınaraq sudan səmərəli və qənaətlə istifadə
təmin ediləcək. Təmir-bərpa, yenidənqurma işləri “Azərsu” ASC-nin 7
saylı Regional Sukanal İdarəsi tərəfindən həyata keçirilir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev,
“Azərsu” ASC-nin 7 saylı Regional Sukanal İdarəsinin rəisi Xəqani
Vəliyev layihənin icrası ilə yerində tanış olublar. İşlərin
keyfiyyətlə aparılması və qəsəbənin içməli su probleminin əsaslı və
operativ surətdə həlli ilə bağlı müzakirələr aparılıb, müvafiq
tapşırıq və tövsiyyələr verilib.

Teqlər: