Bu ilin yanvar-mart ayları ərzində əhalinin 80 faizi tətbiq
edilən qaz limitini keçməyib.
AzerTimes-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin
Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, bu ilin birinci rübündə əhali sektorunda 1 milyon
970 min abonent tətbiq edilən qaz limitinə görə istifadə etdiyi
qazın dəyərini aşağı qiymətlə ödəyib, 487 min abonent isə qaz
limitini keçib.