Əhalinin qaz limiti ilə bağlı narahatlığı var. Mart ayı olmasına baxmayaraq, vətəndaşlar qaz limitini artıq keçiblər.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.
“Gələcəkdə bu məsələni diqqətdə saxlayaraq vahid tarifə keçilməsi daha yaxşı olardı. Bundan başqa, sosial evlərdə mərkəzləşdirilmiş istixana sistemi yoxdur”, – deyə Naqif Həmzəyev bildirib.
Deputat həmçinin sürücülərin sığorta xidmətinə görə məbləği almaqda çətinlik çəkdiklərini söyləyib:
“Sağlamlıqla bağlı arayışların ödənişli olması narahatlıq doğurur. Arayışlar hər kəs üçün əlçatan olmaıdır”.