“Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisində təbii qazdan
istifadə zamanı itkiləri açıqlayıb.
AzerTimes-ın məlumatına görə, qurumun baş direktoru Ruslan Əliyev
bildirib ki, 2022-ci ilin yanvar-mart ayları ərzində qaz itkisi 7,6
faiz olub.
“Ötən ilin eyni rübü ilə müqayisədə isə bu itki 2,2 faiz az
olub. 2022-ci ilin mart ayında qaz itkisi 9 faiz olub ki, bu rəqəm
də ötən ilin eyni dövrü ilə müqayisədə 1.8 faiz azalıb”, – deyə Baş
direktor bildirib.
Onun sözlərinə görə, ölkədə qazdan istifadəyə görə yanvar-mart
ayları üzrə yığım 94,5 faiz olub: “Bunlardan əhali üzrə yığım 92
faiz, qeyri-əhali üzrə isə 98 faiz olub. Ötən ilin eyni dövrü ilə
müqayisədə bu il yığım 19 faiz artıb. Bu artım əhali sektoru üzrə
2,8 faiz, qeyri-əhali üzrə 35,5 faiz olub”.