Qaynını öldürüb meşəyə atdı

Qaynını öldürüb meşəyə atdı

Şəkidə yeznə odlu silahla qaynını qətlə yetirib.

Hadisə aprelin 30-u axşam saatlarında Şəki şəhərinin Fazıl kəndi ərazisində qeydə alınıb.

Şəkin şəhərinin İbrahimkənd kənd sakini 58 yaşlı Səfərov Tofiq Məhyəddin oğlu Fazıl kəndi ərazisində şəxsi təsərrüfatında olan xırdabuynuzlu heyvanlarını otarmağa gedib. Qohumlarının sözlərinə görə, mərhumun cəsədini ərazidən keçən çoban görüb.

Araşdırma zamanı məlum olub ki, Tofiq Səfərovu Fazıl meşəlik ərazisində qonşu Aşağı Küngüt kəndindən olan yeznəsi, 57 yaşlı Balıyev Vidadi Sübhan oğlu ov tüfəngi ilə qətlə yetirib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Vidadi Balıyev tutulub. Vidadi Balıyevin daha öncələr də məhkumluq həyatı yaşadığı bildirilir.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.