Xəbər - Samir Əli – Trend:
Sumqayıt şəhəri ərazisində 03.06.2021-ci il tarixdə Namiq Ələkbərovun qayınatası və qayınanasına yaşadıqları evlərində xəsarət yetirməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin (CM)128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, Namiq Ələkbərov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda Sumqayıt şəhər polis idarəsində istintaq davam edir.